ABŞ-ın keçmiş prezidenti Donald Tramp tez-tez özündən 4 yaş böyük prezident Co Baydenlə lağ edir və Baydenin səhhətinin pisləşdiyini düşünür. Lakin bu dəfə anqlo-sakson mətbuatında müzakirə olunan məsələ Respublikaçılar Partiyasının prezidentliyə namizəd olacağı dəqiq olan Trampın səhhətidir!
Elchi.az xəbər verir ki, Donald Tramp cəmi iki ay əvvəl həkimindən aldığı məktubda “əla səhhətinin” olduğunu, “idrak testlərinin əla olduğunu” və bir qədər arıqladığını bildirsə də, müşahidəçilər vəziyyəti daha tənqidi yanaşırlar.
Daily Mail qəzetinin yazdığına görə, bir çox həkim Trampın son aylarda “yorğun, zəif və balanssız göründüyünə” diqqət çəkir.
Şayəstə Hüseynova






