ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçkiqabağı kampaniyası üçün 72 milyon dollardan çox vəsait toplaya bilib ki, bu da respublikaçı rəqiblərindən bir neçə dəfə çoxdur.
Elchi.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi ABŞ Federal Seçki Komissiyasının məlumatlarına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, keçmiş Amerika lideri 2022-ci ilin noyabrında prezident seçkilərində iştirakını elan etdikdən sonra əldə etdiyi 61 milyon dollarla iyulun sonuna kimi 72,6 milyon dollar ianə toplayıb. Eyni zamanda Florida qubernatoru Ron DeSantis indiyədək cəmi 17,2 milyon dollar, ABŞ-ın BMT- dəki keçmiş səfiri Nikki Heyli isə 13,9 milyon dollar toplaya bilib.
Donorların sayına görə də Tramp liderlik edir – təxminən 450 min nəfər müxtəlif məbləğdə ianələri Respublikaçı liderə köçürüb. Ən yaxın təqibçisi DeSantis-də bu rəqəm 86 min civarındadır.Eyni zamanda, Tramp kampaniyasına ianə edənlərin 92%-nin, Bloomberg qeyd edir ki, prezidentlik yarışının digər iştirakçılarına maddi dəstək göstərməyib.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. ABŞ-ın hazırkı prezidenti demokrat Co Bayden aprel ayında yenidən seçilmək niyyətində olduğunu bildirmişdi.
Nuranə Məmmədova




