ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə Gürcüstanda keçiriləcən prezident seçkilərinə müdaxilə etməkdə təqsirli olmadığını bildirib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Məhkəmənin məlumatına görə, Tramp ona qarşı irəli sürülən rəsmi ittihamları rədd edib və seçkilər zamanı günahını etiraf etməyib. O, ittihamın üzbəüz oxunmasında da iştirak etməyib.
“Aşağıda öz imzamla bu iş üzrə irəli sürülən ittihamlara görə təqsirsiz olduğumu bəyan edirəm”, – deyə sabiq prezident məhkəmə sənədində bildirib.
Bundan əvvəl, Tramp 2020-ci il seçkilərində Corciya ştatının Fulton dairə prokurorunun onu və digər 18 təşviqat işçisini seçkilərin nəticələrini ləğv etmək üçün qanunsuz cəhdlərdə ittiham etməsindən sonra ona qarşı dörd cinayət ittihamı irəli sürülüb.
Yeganə






