ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp fırtınalı hava şəraitini əsas gətirərək, Şimali Karolinada keçirmək istədiyi mitinqini son anda ləğv edib.
Elchi.az bu barədə Nbcnews.com-a istinadən xəbər verir.
Tramp artıq mitinqdə toplaşan tərəfdarlarına telefonla məlumat verib ki, ildırım və yağış səbəbindən açıq havada keçiriləcək mitinqi yarımçıq dayandırmalı olacaqlar, çünki tədbir ləğv olunub. Bu, Trampın məhkəməsi başlayandan bəri Manhettendə ilk mitinqi olacaqdı.
“Bizim edəcəyimiz şey başqa vaxt boşluğu doldurmaqdır və biz bunu mümkün qədər tez edəcəyik”, – deyə Tramp bildirib.
“Biz hamının təhlükəsiz olmasını istəyirik. Ən vacibi budur. Biz oradakı hər kəsin 100% təhlükəsiz olmasını istəyirik”, – o əlavə edib.
Yeganə






