ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı ABŞ prezidenti Co Baydenin rəhbərliyi altında baş verə biləcək Üçüncü Dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, onun Nyu York məhkəməsi tərəfindən ittiham olunduqdan sonra Mar-a-Laqoda çıxışı “Fox News” tərəfindən yayımlanıb.
Sabiq prezidentin sözlərinə görə, onun rəhbərliyi dövründə ölkələrin nüvə silahından istifadəsi ilə bağlı açıq təhdidləri heç vaxt müzakirə olunmayıb. Bununla belə, Tramp bildirib ki, Bayden administrasiyası altında bu, tamamilə Üçüncü Dünya nüvə müharibəsinə səbəb ola bilər:
“İnansanız da, inanmasanız da, biz bundan o qədər də uzaq deyilik”.
Donald Tramp ABŞ-ın cinayət məsuliyyətinə cəlb edilən ilk sabiq prezidentidir. Prokurorlar ona qarşı 34 sənədlərin saxtalaşdırılması maddəsi ilə ittiham irəli sürüblər ki, onların hər biri başqa cinayət törətmək məqsədilə birinci dərəcəli praktiki sənədlərin saxtalaşdırılması maddəsini ehtiva edir və maksimum 4 il həbs cəzası nəzərdə tutur.
Yeganə




