Ağ Evin keçmiş rəhbəri Donald Tramp Ayovada Respublikaçıların praymerizində qalib gəldikdən sonra bir daha Ukrayna və İsraildəki hərbi münaqişəni çox tez bitirəcəyinə söz verib.
Elchi.az bu barədə News.sky.com-a istinadən xəbər verir.
“…Ukraynada və İsraildə vəziyyət dəhşətlidir. Biz bu problemləri həll edəcəyik, çox tez həll edəcəyik”, – deyə diplomat bildirib.
Eyni zamanda, respublikaçı qeyd edib ki, onun Putinlə əla münasibəti.
ABŞ-ın keçmiş prezidenti həmçinin Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskini yaxşı tanıdığını və bununla da onların danışıqlarını təşkil edə biləcəyini açıq şəkildə ifadə edib.
Yeganə






