ABŞ-ın keçmiş prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, seçkilərdə qalib gəlsə, Rusiya ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail ola biləcək. Nəhayət, o, nə etmək istədiyini söylədi. Elchi.az xəbər verir ki, o, planlarını “Fox News” ilə bölüşüb.
Tramp Rusiya lideri Vladimir Putinlə çox yaxşı anlaşdığını deyib.
“Birinə deyərdim ki, çox pul alacaq, digərinə isə pul almayacaq. 24 saat ərzində razılığa gələrdim”, – deyə siyasətçi bildirib.
Qeyd edək ki, o, Rusiya Federasiyası ilə Ukrayna arasında silahlı toqquşmaların dağıdıcı xarakter daşıdığını qeyd edib və əlavə edib ki, onlara ən qısa zamanda son qoymağı öz vəzifəsi hesab edir.
Havar Şəfiyeva




