
Ölkə.Az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyəti təhvil alan kimi ilk atacağı addımın ölkəsini Trans Sakit Okeanı əməkdaşlıq təşkilatından çıxarmaq olacağını bildirib.
Məlumata görə, ABŞ-ın Trans Sakit Okean əməkdaşlığından çıxması prosesinə Trampın tacqoyma mərasiminin səhəri gün başlanacaq.
Xatırladırıq ki, Tramp müsahibələrinin birində Trans Sakit Okean əməkdaşlığının ABŞ üçün potensial fəlakət olduğunu vurğulamışdı.



