ABŞ-ın keçmiş prezidenti Donald Tramp əvvəllər onu zorlama və böhtanda ittiham edərək məhkəməyə müraciət edən yazıçı Elizabet Kerroll-a qarşı əks iddia qaldırıb.
Elchi.az bu barədə Bloomberg.com-a istinadən xəbər verir.
Tramp münsiflər heyətinin ona təcavüz ittihamı ilə bəraət qazandırmasına baxmayaraq, Kerrollu reputasiyasına xələl gətirməkdə ittiham edir.
Əks-iddia qaldırmaq imkanı məhkəmənin yazıçıya ABŞ-ın keçmiş prezidentinə qarşı iddia qaldırmasına icazə verdikdən sonra yaranıb. Buna keçmiş prezidentin CNN telekanalının efirində yazıçını dəli adlandırması, onun arqumentlərinin yalan və uydurma, iddiasının isə saxta sövdələşmə olması əsas götürülüb. Məhkəmə prosesi 2024-cü ilinb yanvar ayına təyin edilib.
Yeganə





