
ABŞ prezidenti Donald Trampın vəkili Tay Kobb mayın sonunda istefaya gedəcək.
Elchi.az Trend–ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Danders deyib.
Vəkilin istefasına səbəb kimi Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerlə aralarında yaranan narazılıq göstərilir.




