"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tramvay xətləri çəkilməli, çoxmərtəbəli dayanacaqlar tikilməlidir – Deputat

24 Sentyabr 2022 - 13:13
in Cebhe-banner, MANŞET


“Təcili Bakıda nəqliyyat infrastrukturunun yenidən qurulmasına dair xüsusi dövlət proqramı qəbul olunmalıdır”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Elchi.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, Bakıda nəqliyyat problemlərinin həlli üçün xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunmalı, yaxşı pul xərclənməli, sərnişin daşınması ilə məşğul olan yerli və xarici şirkətlər bu işə cəlb olunmalıdır:

“Şəhərin mərkəzini Bakı kəndləri və Günəşli və Əhmədli kimi qəsəbələrlə birləşdirən tramvay xətləri çəkilməlidir. Nəqliyyat infrastrukturunun yenidən qurulmasına xarici şirkətləri cəlb etmək olar ki, özləri investisiya qoyub tramvay, metro xətti, avtomobil yolları çəksin, işlətsin və pul qazansın. Bakıda bir neçə yeni metro xəttinin çəkilməsinə, yüzə qədər yeni metro stansiyasının tikilməsinə ehtiyac var. Dövlətimizin Qarabağdakı bərpa işləri və Ordumuzun gücləndirilməsi istiqamətindəki xərclərini də nəzərə alsaq sürətli metro tikintisi üçün nə pulu nə də texniki imkanları var. Ona görə də xarici investorlar bu işə cəlb olunmalıdır”.

Qüdrət Həsənquliyev əlavə edib ki, Bakıda 2 milyon avtomobil üçün çoxmərtəbəli dayanacaqlar tikilməlidir:

“Bu məqsədlə yerlli sahibkarlara aşağı faizlə uzunmüddətli kreditlər verilməlidir. Dövlət indiki mərhələdə avtobusla sərnişin daşımasından imtina etməlidir. AZAL ən azı üç yerə bölünməli və özəlləşdirilməlidir. Sərnişin daşınması ilə özəl şirkətlər məşğul olmalıdır. Sadəcə bu istiqamətdə istifadə olunan taksi və avtobuslara dair yüksək standartlar tətbiq olunmalıdır. 5 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə gətirilməsi qadağan olunmalıdır. Texniki göstəricilərindən asılı olaraq 15 ildən 20 ilə qədər istifadə olunmuş avtomobillər dövlət tərəfindən alınmalı, utilizasiyaya göndərilən avtomobillərin sahiblərinə müasir elektromobillər almaları üçün aşağı faizlərlə uzunmüddətli kreditlər təklif edilməlidir. Qeyd etdiyim problemlərin həlli üçün Dövlət Neft Fondundan vəsait ayrılmalıdır. Bununla yanaşı rayonlardan gənclərin Bakıya axınının qarşısını almaq üçün regionlarda istehsal və emal müəssiələri yaradılmalıdır. Problemlərin həlli məqsədilə biznes mühitini yaxşılaşdırmaq üçün iqtisadi islahatlar genişləndirilməli, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə tədbirlər görülməlidir ki, ölkəmiz daxili və xarici investorlar üçün cəlbedici olsun”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DGK Çindən gətirilən bəyan edilməmiş mallar aşkarladı

Next Post

İŞİD müsəlmanları, PKK da kürdləri təmsil etmir – Akar

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
İŞİD müsəlmanları, PKK da kürdləri təmsil etmir – Akar

İŞİD müsəlmanları, PKK da kürdləri təmsil etmir - Akar

Bu ölkədə bir gündə 4 güclü zəlzələ baş verdi

İndoneziyada şiddətli zəlzələ oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.