“The Times” qəzeti yazır ki, Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trassın şəxsi smartfonu İsrailin “NSO Group” şirkətinin “Pegasus” proqramı tərəfindən sındırılıb.
Elchi.az bildirir ki, bu barədə erməni mediası məlumat verib.
Britaniyanın Mİ-6 xüsusi xidmətinin keçmiş rəhbəri Aleks Yanqerin sözlərinə görə, artıq dövlət başçılarının telefonlarına hücumlar üçün istifadə edilən “Pegasus”dan istifadə etməklə internetə qoşulan bütün qurğuları “sındırmaq” olar. A.Yanqer əlavə edib ki, Britaniya nazirləri təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər, onlara kibertəhlükəsizlik dərsləri verilməlidir.
Daha əvvəl də xəbər verildiyi kimi, hücumçular ötən il ərzində Trassın yazışmaları, o cümlədən məxfi məlumatları, mühüm müttəfiqlərlə London danışıqlarının təfərrüatlarını və Ukraynaya silah tədarükü ilə bağlı məlumatları ehtiva edən mesajları əldə ediblər.
Yeganə






