TRT World-də yayımlanan “Ukrayna müharibəsi gündəlikləri” sənədli filmi Beynəlxalq Emmi Mükafatlarının “Xəbərlər və Aktual İşlər” kateqoriyasında mükafata layiq görülüb. ABŞ-ın Nyu-York şəhərində keçirilən qürur gecəsində dünyanın ən nüfuzlu televiziya mükafatını qazanan TRT beynəlxalq arenada uğurunu bir daha sübut etdi.
Elchi.az bu barədə TRT Haberə istinadən məlumat yayıb.
Dünyanın hər yerindən minlərlə əsər yarışdı və TRT televiziya sahəsində ən nüfuzlu mükafata layiq görüldü.
Müharibənin dağıdıcı siması ən parlaq şəkildə üzə çıxarıldı, münaqişələrin mülki əhalinin həyatında yaratdığı dağıntılar bütün dünyaya izah edildi.
TRT World kanalının hazırladığı mükafatlı “Off the Grid” sənədli serialının Ukraynada çəkilmiş “Ukrayna müharibəsi gündəlikləri” bölümü beynəlxalq uğur qazanıb.
Nuranə Məmmədova




