Rusiya Aerokosmik Qüvvələrinə məxsus iki Tu-95MS strateji raket daşıyıcısı Yapon dənizinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçirib.
Elchi.az “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, uçuşun müddəti 7 saatdan çox olub.
Qırıcıların müşayiəti Hərbi Hava Qüvvələrinin Su-30SM və Su-35S təyyarələrinin ekipajları və Şərq Hərbi Dairəsinin Hava Hücumundan Müdafiəsi birləşmələri tərəfindən təmin edilib.
Uzaq mənzilli aviasiya pilotları müntəzəm olaraq Arktika, Şimali Atlantika, Qara və Baltik dənizləri və Sakit okeanın neytral suları üzərində uçuşlar həyata keçirirlər.
Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinin bütün uçuşları, Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, hava məkanından istifadə üçün beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilir.
Yeganə





