Dekabrın 8-də Tunis Mərkəzi Seçki Komissiyası prezident seçkisinin ikinci turunu təyin edib. “Media forum” saytı xəbər verir ki, ikinci tura 27 namizəd arasından Nidaa Tunis (Tunisin Səsi) Partiyasının lideri Beci Kaid Əs-Səbsi və indiki prezident Münsif Mərzukinin çıxdığı bəyan olunub. İkinci tur dekabrın 21-də keçiriləcək.Noyabrın 23-də keçirilmiş ilk turda Beci Kaid Əs-Səbsi 39,46%, Münsif Mərzuki 33,4% səs alıb.



