Bilmirəm bu xəbərlər nə vaxta qədər davam edəcək?
Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Tünzalə Əliyeva boşanma xəbərləri haqda “ATV Maqazin onlarla” verilişində danışarkən deyib. O, həyat yoldaşı ilə xoşbəxt olduğunu bildirib:
“Hər sözü ürəyimə salıb, dərd etmək istəmirəm. Sosial şəbəkədə fotomuzun altından yazırlar ki, “bunlar boşanmadılar?” Bilmirəm, bu nə vaxta kimi davam edəcək. Onlar əməllərinə davam eləsinlər. Mən həyat yoldaşımla xoşbəxt həyat yaşayıram. Neçə ildir ailə həyatı qurmuşuq, bir gün bir-birimizdən ayrı qalmamışıq. Aramızda qarşılıqlı hörmət və sevgi var”.




