60 yaşlı Dueyn Kit Devisin 1996-cı ildə reper Tupak Şakurun qətli ilə bağlı ABŞ-da saxlanıldığı açıqlanıb.
Klark dairəsi prokurorunun müavini Mark DiGiacomo, Devisin qətldə ittiham olunduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
DiGiacomo nəzarətə götürülən Devisi 1996-cı ildə 25 yaşında öldürülən Şakurun “ölümünə əmr verən” və “hadisə yerində sahənin lideri” kimi təsvir edib.
Clark County şerifi Kevin McMahill hadisə ilə bağlı verdiyi açıqlamada “Tupak Şakurun ailəsi 27 ildir ədaləti gözləyir” deyib. Klark dairəsinin hakimi Jerry Wiese Devisin girovunu rədd etdi.
Bildirilib ki, Las-Veqas polisi iyul ayında Devisin evinə basqın edib. Şakur 1996-cı ildə avtomobili işıqforun qırmızı işığında gözlədiyi zaman 4 dəfə atəş açıldıqdan bir həftə sonra öldü.
2019-cu ildə “Compton Street Legend” adlı xatirə kitabında Devis atəş açılan avtomobilin ön sərnişin oturacağında oturduğunu və qətldə istifadə edilən silahı arxa oturacaqda qoyduğunu yazıb.
Nuranə Məmmədova




