"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“TurAz Şahini 2015” uğurla başa şatdı

04 Aprel 2015 - 22:40
in MANŞET

87219Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən Hərbi Hava Qüvvələrinin keçirdiyi “TurAz Şahini 2015” birgə təlimləri yekunlaşıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum, İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, eləcə də 104 nəfərlik heyət iştirak edib.

Təlimlər 3 istiqamətdə planlaşdırılıb və icra edilib.

Birinci istiqamətdə, qırıcı aviasiyanın Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, Türkiyə Hərbi Hava Qüvvələrindən isə F-16 təyyarələri döyüş uçuşları ediblər.

Azərbaycan Respublikasının pilotları F-16, Türkiyə Respublikasının pilotları isə MiQ-29 təyyarələrində uçuşlar edərək şərti yaxın hava döyüşlərini keçiriblər.

Azərbaycan Respublikasının pilotu polkovnik-leytenant Xəlil Yusubov MiQ-29 təyyarəsinin taktiki-texniki xüsusiyyətlərindən tam istifadə etməklə, yüksək peşəkarlıq göstərərək şərti hava döyüşündə 2 ədəd F-16 təyyarəsi üzərində üstünlüyə nail olub.

İkinci istiqamətdə, hücum aviasiyasından Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 tipli təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələrinin F-4E hərbi təyyarələri ilə birgə hava uçuş tapşırıqlarını icra ediblər.

Azərbaycan Respublikasının pilotları F-4E, Türkiyə Respublikasının pilotları isə Su-25 təyyarələrində uçuşlar ediblər.

Üçüncü istiqamətdə, ordu aviasiyası qarşıya qoyulan tapşırıqları yerinə yetirib. Azərbaycan və Türkiyə Respublikaları Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri müvafiq olaraq Mi-17 və AS-532 “Cougar” helikopterlərində müxtəlif növ döyüş tapşırıqlarını icra ediblər.

Təlimlərin sonuncu günü, plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Akın Öztürk, komandanın birinci müavini Abidin Ünal və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun rəhbərliyi altında aviasiya vasitələri praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.

MiQ-29 və F-16 təyyarələri hava düşməninə qarşı döyüş, yer hədəflərinə qarşı bomba və top atışları, Su-25 və F-4E təyyarələri isə düşmənin yer hədəflərinə bomba və top zərbələri endiriblər.

Ssenariyə uyğun olaraq, Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Mi-17 və AS-532 “Cougar” helikopterləri vasitəsilə şərti düşmən ərazisində qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatını icra ediblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin və xüsusi təyinatlılarının peşəkarlıq səviyyəsi təlimlərin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin NATO-nun aparıcı orduları sırasında olmasını nəzərə alsaq, hərbi qulluqçularımıza verilən qiymət Silahlı Qüvvələrimizin döyüş hazırlığının yüksək səviyyədə olmasının əyani sübutudur.

Hazırda Türkiyədə NATO çərçivəsində davam edən “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri iştirak edir.

Təlimlər aprelin 13-dək davam edəcəkdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fidel Kastro üzə çıxdı

Next Post

“Eyni səma altında”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

"Eyni səma altında"

"Obama günahkardır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.