"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Turisti olmayan turizm obyektlərimiz

08 İyul 2016 - 12:51
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Hələ yeniləri də tikilir

Natiq Cəfərli: “Dövlətin dominant olduğu iqtisadi modelin yaşamaq qabiliyyəti yoxdur”

Azərbaycanda xüsusi turizm zonalarının yaradılması planlaşdırılır. Xəzər akvatoriyasında xüsusi turizm zonalarının yaradılması nəzərdə tutulub ki, bu da çimərlik turizminin və turizm infrastrukturunun inkişafına xidmət edir. Bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, hökumət üçün bu məsələ aktualdır: “Artıq müvafiq sənədlər hazırlanıb və müzakirə edilir”.

Məlumdur ki, ölkə ərazisində istər dəniz kənarında, istərsə də regionlarda kifayət qədər turizm obyektləri fəaliyyət göstərir. Ancaq ölkəyə turist axının olmadığı üçün bu obyektlərin demək olar hamısı boş qalıb. Turizm mövsümünün isə artıq ortalarıdır. Özəl və digər turizm obyektlərini boş qaldığı,  qiymətlərin “kəllə-çarx”a çıxması və xidmətin olmaması səbəbindən turistlərin Azərbaycana gəlmədiyi bir zamanda buna nə ehtiyac var görəsən? Xüsusən də ölkənin böhran vəziyyətində olduğu bir vaxtda hökumətin bu cür layihələrə maliyyə ayırması nədən qaynaqlanır?

AXCP sədri Razi Nurullayev dəfələrlə bu məsələyə münasibət bildirib və ölkədə turizm siyasətinin yarıtmazlığını xüsusi qeyd edib. Son çıxışlarının birində o, bildirib: “Turizmin inkişafından çox danışılır. İndiki məqamda, iqtisadiyyatın şaxələndirilməsi üçün bu çox vacibdir. Nəticə isə ürəkaçan deyil. Azərbaycanda turizmin inkişafı üçün 20 ildir ki, iş aparılır. Nəticə isə sıfırdır. Necə ola bilər ki, mil-yardlarla dövlət vəsaitini xərclə, turizm da inkişaf etməsin, xidmət aşağı səviyyədə olsun və istirahət də deyəndə millət yaxşı yeyib-içmək başa düşsün…”

Ölkədə dövlətin himayədarlığı ilə yeni turzim sahəsinin yaradılmasına münasibət bildirəniqtisadçı-ekspert Natiq Cəfərli bildrib ki, dövlət istəyir ki, özü investisiya qoysun, özü qazansın və hər şeyi öz əlində cəmləşdirsin. N.Cəfərlinin sözlərinə görə, dövlət dünyanın hər yerində iqtisadiyyatın ən pis meneceridir: “Azərbaycan hökumətinin yanaşması kökundən səhvdir. Türkiyədə hökumət və dövlət heç bir turizm oyekti tikmədi və hal-hazırda da əlində heç bir turizm obyekti yoxdur. Sadəcə, turizmin inkişaf etdirilməsi üçün ötən əsrin 80-ci illərində Türkiyə dövləti az faizli kreditlər verməyə başladı və vergi güzəştləri tətbiq etdi. Xarici investorları ölkəyə cəlb etmək üçün normal mülkiyyət toxunulmazlığını təmin etdi, normal məhkəmə sistemi qurdu. Bundan sonra turizm inkişaf etdi. Bizdə isə yanaşma düzgün deyil. Dövlət istəyir ki, Azərbaycanda hər şeydə birinci olsun. Özü investisiya qoysun, özü qazansın və hər şeyi öz əlində cəmləsin. Dövlət isə dünyanın hər yerində iqtisadiyyatın ən pis meneceridir. Dövlətindirsə heç kimindir prinsipi həmən işə düşür və ordan tikinti zamanı müxtəlif əyri yollarla pul qazanılması önə çıxır, nəinki həmin layihələrin rentabelliyi haqqında düşünülür. Azərbaycanın son  25 illik müstəqillik tarixi bunu bir daha sübut edir ki, dövlət hər-hansı layihələr həyata keçirirsə, bu bir qrup insanların pul qazanmasına xidmət edir”.

Ekspert vurğulayıb ki, dövlət bu günə qədər gördüyü heç bir işlə bağlı hesabat verməyib. Onun sözlərinə görə, dövlətin dominat olduğu iqtisadi modelin yaşamaq qabiliyyəti yoxdu: “Məsələn, qış turizm məkanı yaradıldı, milyonlarla da xərc çəkildi. Hökumət indiyə qədər bir dəfə hesabat verib ki, sərf olunan vəsaitin nə qədəri geri qayıtdı, nə qədər turist gəlib, gəlibsə hansı ölkələrdən gəlib, gəlmiyibsə niyə gəlmiyib? Hökumətin bir dənə elə analizi yoxdur ki, Azərbaycana turist niyə gəlmir. Bu analizi etsələr, düşünürəm ki, mülkiyyət, xarici kapital üçün rəqabətli mühit yaransa o zaman Azərbaycanda hər hansı bir sahə o cümlədən turizm də inkişaf edə bilər. Nə qədər ki, dövlət bütün resursları öz əlində cəmləməyə, hegemon gücə çevrilməyə çalışacaq və iqtisadiyyatda dominant olmağa çalışacaq o zaman biz SSRİ-dən qalmış modelin yenidən tətbiq olunmasının şahidi olacağıq. SSRİ-nin süquqtu bir daha sübut etdi ki, dövlətin dominat olduğu iqtisadi modelin yaşamaq qabiliyyəti yoxdur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

lham Əliyevin qatıldığı sammit işə başladı – CANLI YAYIM

Next Post

Çörəyi daşdan çıxanların məkanı – REPORTAJ (FOTOLAR)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Çörəyi daşdan çıxanların məkanı - REPORTAJ (FOTOLAR)

Azərbaycanlı gənc avtomobilini piyada keçidində saxlayan sürücüyə belə dərs keçdi - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.