"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Turistləri heyran qoyan paytaxt sakinləri xoşbəxtdirmi?

05 Avqust 2016 - 10:50
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Turistləri heyran qoyan paytaxtın yerli sakinləri niyə xoşbəxt deyil?

Ekspert bunu ən əvvəl iqtisadi amillərlə bağlayır

Bakı sakinlərindən fərqli olaraq xarici turistlər bu qədim cənub şəhərinə heyranlıqlarını gizlətmirlər. Əllərindəki fotoaparatla az qala hər bir daşın, hər bir döngənin fotolarını çəkir, bir binaya dəqiqələrlə tamaşa edirlər. Bakının kafe və restoranlarında zövqlə əylənir, buranın çox gözəl şəhər olduğunu dilə gətirməkdən çəkinmirlər. 
Xüsusən son vaxtlar sayları artan ərəb turistlər Bakının havasını cənnət hesab edirlər. Bəs görəsən, turistlərin gözünü oxşayan Bakını yerli sakinləri niyə o qədər bəyənmir, hər addımda tənqid edirlər? Ərəbləri heyran qoyan şəhərdə biz niyə xoşbəxt deyilik?
İqtisadçı ekspert Rəşad Həsənovun bu suala özünəməxsus yanaşması var.
 
Onun fikrincə, səbəblərdən biri Azərbaycan manatının dəyərdən düşməsindən sonra turizm xidmətlərinin xaricilər üçün ucuzlaşmasıdır.  Digər səbəbləri isə o, belə sıraladı: “Bizim İslam dini ilə bağlı ərəb ölkələri ilə müəyyən yaxınlığımız var. Ərəblərin Azərbaycanda istirahət etməyə meyl etməsinin əsas səbəblərindən biri də ölkəmizdə İslam və Qərb mədəniyyətlərinin paralel olaraq mövcud olmasıdır. Bu da onların Azərbaycana meyl etməsinə təkan verir. Ölkəmizdə Qərb mədəniyyətinə məxsus istirahət və əyləncə məkanları da var. Onların bir çoxu ərəb ölkələrində faktiki olaraq qadağandır. Eyni zamanda Azərbaycan həm də bir İslam ölkəsidir və müsəlman adət-ənənələri, ibadət və sair insanlar tərəfindən heç bir halda pis qarşılanmır, diskriminasiya ilə üzləşmir. Ona görə də insanlar özlərini rahat hiss edə bilirlər. Azərbaycanda pulun varsa, istədiyin cür əylənə, istirahət edə bilərsən, bəzi hallarda isə qanunların belə üzərindən keçmək olur. Bu isə qayda-qanunlara, sivil davranışlara yiyələnməmiş ərəb üçün rahat şərait hesab olunur. O baxımdan onlar Bakıya meyllidir”.
 
Ekspertin sözlərinə görə, bəzi ərəblər isə Azərbaycana biznes məqsədi ilə yanaşırlar: “Onlar da adət-ənənələrin yaxın olmasından dolayı üstünlük verirlər. Həm də Azərbaycanı bir çox ölkələrlə, o cümlədən ərəb ölkələri ilə viza rejimi sadələşib. Bu özü də turizm prosesinə təkan verən amillərdən hesab olunur.  Ərəblərin Bakını sevməsinin digər səbəbinə gəlincə, istənilən ölkədə yerli media nümayəndəsi turistə yaxınlaşırsa, turist ona müsbət cavab verməyə bilməz. Turist ölkədə qonaqdır, o mənfi  söz demək istəməz. Xüsusən Azərbaycan kimi ifadə azadlığı nisbətən məhdud olan ölkədə turistlər də mümkün qədər qonaq olduğu hər yerdə yaxşı sözlər deməyə çalışırlar, öz yerlərini daha isti etmək istəyirlər. Lakin bu, o demək deyil ki, Azərbaycana  gələn ərəblər ölkəmizdə hər şeyi bəyənirlər. Burada bir amil də var ki, istirahət məqsədilə hansısa şəhərə getmək orada yaşamaqdan fərqlidir. Onlar burada dincəlməyə gəliblər,  qayda-qanun baxımından burada rahat nəfəs alırlar”.
R. Həsənovun fikrincə, bizim insanlarımızın gündəlik qayğıları, problemləri daha çoxdur və onlar şəhərin imkanlarından istifadə edə bilmirlər, gözəlliklərindən zövq ala bilmirlər: “Bakı bu günə qədər dünyanın ən bahalı şəhərlərindən hesab olunur. Lakin gəlir baxımından Bakı əhalisi digər ölkələrlə müqayisə oluna bilməz. Bu mənada paytaxt əhalisində sosial gərginliyin olması təbiidir. Lakin bu, o demək deyil ki, insanlar şəhəri sevmir. Sadəcə, əhali qısamüddətli dövrdə sürətli təbəqələşmənin nəticələrini hələ də həzm edə bilmir. Təbəqələşmə o qədər güclüdür ki, imkansız insanlar arasında psixoloji sarsıntı yaşanmaqdadır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Markov Qarabağın qaytarılacağı vaxtı açıqladı

Next Post

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi – turistlər hara baxır?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?

Zakir Fərəcov baş həkimi işdən çıxardı: `Ciddi nöqsanlar var`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.