Turistləri batmış “Titanik” gəmisinə aparmaq üçün istifadə edilən sualtı qayıq Atlantik okeanında yoxa çıxıb.
Elchi.az BBC.com-a istinadən bildirir ki, xilasetmə əməliyyatı başlayıb.
Bostondakı ABŞ Sahil Mühafizəsi BBC-yə xilasedicilərin sualtı qayığı tapmağa çalışdığını təsdiqləyib.
İtmiş sualtı qayığın göyərtəsində hər hansı insanların olub-olmadığı hələ də bəlli deyil.
Qeyd edək ki, “Titanik” Atlantik okeanının 3,8 min metr dərinliyində, Kanada Nyufaundlend sahilləri yaxınlığında yerləşir.
Yeganə





