"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Turizm Agentliyinin təyyarəsi yoxdur ki, turistləri yığıb ölkəyə gətirsin”-Deputat

24 Avqust 2022 - 11:51
in CƏMİYYƏT

“Turizm Agentliyini günahlandırmaqda məntiq görmürəm. Agentlik əlindən gələni edir və istəyir ki, Azərbaycana daha çox turist gəlsin, ölkəmiz turizm sahəsindən daha çox pul qazansın, onların da başları uca olsun. Hər bir məmur bunu istəyər, onlar da. Sadəcə olaraq, Azərbaycana gələn turistlər üçün xərclər kifayət qədər baha başa gəlir. Bu da təyyarə biletləri ilə əlaqədar məsələdir. İnsanlar Azərbaycana gəlmək üçün təyyarə biletinə xeyli pul xərcləməli olurlar. AZAL-ın biletləri çox bahadır. Bunu hər zaman tənqid edirik, edəcəyik də. Təbii ki, ucuz təyyarə biletləri də var. Amma ucuz təyyarə biletlərini satan şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün doğru-düzgün şərait yaradılmır. Azərbaycana gələn turistlər təyyarə biletinə az pul xərcləsələr, ölkəyə turist axını daha çox olar. Turizm Agentliyinin təyyarəsi yoxdur ki, özü turistləri yığıb bura gətirsin”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Razı Nurullayev Feysbuk hesabında qeyd edib.

Parlament üzvü bildirib ki, təkcə Azərbaycanda deyil, artıq bütün dünyada turizm qiymətləri artıb:

“Hətta əvvəllər orta gəlirli azərbaycanlının bileti, beşulduzlu oteldə yeddi günlük dincəlməsi 3-4 min dollara başa gəlirdisə, indi ən azı 9-10 minə başa gəlir. Türkiyədə də, Rusiyada da, başqa ölkələrdə də qiymətlər artıb. Bu, pandemiyadan sonra belə oldu. Ədalətli danışsaq, artıq Bakıda turistləri görməyə başlamışam. Azərbaycanda qiymətlərin baha olması məsələsi, məncə, gündəmdən çıxır. Azərbaycanla bərabər qonşu ölkələrdə də turizm qiymətləri həddən artıq bahadır, bunun da səbəbi həmin ölkələrə təyyarə biletlərinin baha olmasıdır. Əlavə olaraq, turizm xidmətləri də iki dəfə bahalaşıb. Belə düşünürəm ki, get-gedə Azərbaycanda istirahət etmək daha çox sərf edəcək.
Turizm sahəsində bəzi çatışmazlıqlar da var. Azərbaycanda xidmət səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Xarici turistlərin Azərbaycana gəlməsi üçün paket şəklində tur xidmətlərinə təlabat böyükdür. Bu məsələlər qaydasına düşsə, ölkəmizə gələn turistlərin sayını artıra bilərik. Turistlərin sayı həm də quru sərhədlərinin pandemiya səbəbindən bağlı olmasına görə azdır. Sərhədlər açıq olsaydı, Türkiyədən, Gürcüstandan, Rusiyadan, hətta İrandan turistlər gələrdi. Bu, bəlkə də, turizm sənayesinin 60-70%-ni təşkil edərdi. Bunu da nəzərə almaq lazımdır”.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

182-ci gün: Rusiyanın itkiləri açıqlandı

Next Post

Putin işğal planının uğursuzluğunu anladı – Britaniya

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Putin işğal planının uğursuzluğunu anladı – Britaniya

Putin işğal planının uğursuzluğunu anladı - Britaniya

Rusiya işğal etdiyi yerlərdən uşaqları qaçırır

Rusiya işğal etdiyi yerlərdən uşaqları qaçırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.