"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Türk axını”nı əngəlləyən adam Bakıya niyə gəlib? – Şərh

11 İyul 2015 - 16:54
in SİYASƏT

 “Türk axını”nı əngəlləyən adam Bakıya niyə gəlib? – Şərh

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

İnsan haqları və demokratiya məsələsində ABŞ-la bəzi hallarda Rusiya faktorunu nəzərə almaqla məsafə saxlayan, soyuqluq yaradan rəsmi Bakı indi “təklənmiş” görünmək istəmir

 
İyulun 11-də prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Rəsmi xəbərə görə, görüşdə Azərbaycanla  ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Amerika ilə rəsmi Bakı arasında münasibətlərdəki  gərginlik isə, görüntüyə görə, son günlər yenə artıb. Rəsmi dövlət qəzetləri Amerikanı  çevriliş cəhdində suçladıqdan sonra bu ölkənin səfirliyi xüsusi bəyanat yayaraq bu cür məlumatlardan Vaşinqtonun narahatlığını vurğulayıb.
Bunun ardınca ABŞ-ın 16 senatoru Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq ölkədə vətəndaş cəmiyyəti və mətbuat azadlığı sahəsində vəziyyətin pisləşməsindən narahatlıqlarını ifadə etməsi də Bakıda ciddi narazılıq yaradıb.
“Turan” agentliyi A.Hokştayndan əvvəl ABŞ dövlət katibinin müavininin köməkçiləri, insan hüquqları və demokratiya məsələləri ilə məşğul olan Tomas Melia və Tom Malinovskinin Bakıya səfərlərindən imtina edilməsini xatırladır:  “Bu, belə düşünməyə əsas verir ki, Bakı Vaşinqtonla Avropa ilə müzakirə etmək istədiyi məsələləri – ticarət və energetka məsələlərini müzakitə etmək niyyətindədir” deyə, sayt qeyd  edir.
 Müsavat.com xatırladır ki, Hokştayn son dəfə Bakıda ötən ilin sentyabr ayında olub. ABŞ rəsmisi sentyabrın 20-də Səngəçal terminalında “Cənub qaz dəhlizi”’nin təməlqoyma mərasimində iştirak və çıxış edib.
Bu təməqoymadan  3 ay sonra Vladimir Putin Türkiyəyə səfərində Rəcəb Tayyib Ərdoğanla birgə “Türk axını” layihəsini elan etdilər.  TAP –a alternativ ola biləcək proyektin reallaşdırılmaması üçün ABŞ hərəkətə keçdi ki, bu danışıqlarda əsas fiqur da məhz Hokştayn oldu.  Hokştayn Avropa Birliyinin iradəsinin əksinə olaraq “Türk axını”na qoşulmağa qərarlı olan Yunanıstanla bir neçə ay gərgin danışıqlar aparıb. Mayın 8-də isə Hokştayn Afinada Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panaiyotis Lafazanislə danışıqlarda çox sərt mövqe ortaya qoyub.
Danışıqlardan sonra Hokştayn açıq bildirib ki, ABŞ Yunanıstanı “Türk axını” layihəsindən imtina etməyə çağırıb. Diplomat deyib ki, “Türk axını” iqtisadi əsası olan layihə deyil və açıq-aşkar siyasi mahiyyət kəsb edir. Afinada solçular hakimiyyətə gəldikdən sonra Tsipras hökuməti  bütün addımlarıyla TAP layihəsini gecikdirmək istəyir. Yunanıstan SOCAR-la bu ölkənin DESFA qazpaylayıcı şirkətinin 60 faiz səhmlərini alınması ilə bağlı müqaviləni də əngəlləyir və son məlumatlara  görə, bununla bağlı qərar sentyabradək ertələnib.
Xəbər verdiyimiz kimi, “Qazprom” şirkəti İtaliyanın “Saipem”  şirkəti ilə “Türk axını” dəniz qaz kəmərinin ilk qolunun inşasına dair müqaviləni ləğv edib. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız isə deyib ”Türk axını” ilə bağlı hələlik hər hansı bir nəticə əldə olunmayıb.“Bloomberg” agentliyi də  “Qazprom” və Türkiyənin “BOTAŞ” şirkətləri arasında qazın qiyməti mövzusunda 6 aydır davam edən müzakirələrdən nəticə əldə olunmadığını xəbər verib. Hokştaynın səfərinin “Türk axını” ilə bağlı ciddi əngəlin yarandığı bir vaxta reallaşması  təsadüf hesab oluna bilməz.
 
“Yeni Müsavat”ın bu mövzuda “Putinin “Türk axını” durduruldu, Bakı önə çıxdı…”( http://musavat.com/news/siyaset/putinin-turk-axini-durduruldu-baki-one-chixdi_277945.html ) sərlövhəli manşet yazısında Qərbin, xüsusilə Amerikanın TAP layihəsinin reallaşmasında xüsusi çaba göstərdiyi qeyd olunurdu. Prezident İlham Əliyevin İtaliyaya səfərində TAP-la bağlı danışıqlar aparmasının ardınca ABŞ-ın enerji məsələləri üzrə əsas adamını Bakıya göndərməsi bu layihənin Qərb üçün necə önəmli olduğunu bir daha sübut edir.
Hokştayn Azərbaycan prezidentinin  bu layihənin reallaşmasında göstərdiyi mövqeyini həmişə təqdir edib.  “Türk axını”nın durdurulması ilə  TAP-a  marağın daha da artması aydındır ki, Kremli xeyli qıcıqlandırır. Mümkündür insan haqları və demokratiya məsələsində ABŞ-la bəzi hallarda Rusiya faktorunu nəzərə almaqla məsafə saxlayan, soyuqluq yaradan  rəsmi Bakı beynəlxalq bir layihənin reallaşması işində “təklənmiş”  görünmək  istəmir. 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Türkiyənin yeni hökuməti Suriya hökuməti ilə birlikdə…”

Next Post

İŞİD-in Əfqanıstan lideri öldürüldü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İŞİD-in Əfqanıstan lideri öldürüldü

Misir piramidaları dağıdılsın - Əmr

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.