"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türk boksçunun ürəyini daşıyan Fərid: “Altı ildir növbə gözləyirdik” – FOTO

29 Noyabr 2023 - 23:12
in CƏMİYYƏT

Bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın ürəyi Fərid Əzimli adlı azərbaycanlı gəncə köçürülüb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Sözügedən qəza noyabrın 20-si gecə saatlarında, İsparta-Eğirdir yolunda baş verib. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb və ağaca çırpılıb. Avtomobildə olan G.Kaynar ağır yaralanıb və xəsəxanaya yerləşdirilib. O, aldığı xəsarətlərdən noyabrın 24-də vəfat edib. 24 yaşlı boksçu Süleyman Dəmirəl Universitetinin İdman Elmləri Fakültəsinin dördüncü kurs tələbəsi idi.


Fotoda: Görkem Kaynar

Onun vəfatından sonra boksçunun ata və anası övladlarının orqanlarını bağışlamaq istədiklərini bildiriblər. Görkem Kaynarın ürəyi 24 yaşlı Fərid Əzimliyə köçürülüb. Mərhumun qaraciyəri, ağciyərləri, iki böyrəyi və mədəaltı vəzi də tranplantasiya olunub.

Dörd saat davam edən ürəkköçürmə əməliyyatı Akdeniz Universitetinin cərrahiyyə şöbəsində həyata keçirilib və uğurla başa çatıb.

Mərhum boksçunun atası Enes Kaynar oğlunun başqa bədəndə yaşaya bilməsi üçün orqanlarını bağışladıqlarını bildirib:

“Oğlum 60 kiloqram çəki dərəcəsində beynəlxalq yarışda ölkəsinə medallar qazandırdı. O, həyat dolu uşaq idi. Bu il məzun olacaqdı. Kədərimiz sonsuzdur. Allah heç bir valideynə övlad itkisinin acısını yaşatmasın”.

Qeyd edək ki, 24 yaşlı Fərid Əzimli Kəlbəcərin Zülfüqarlı kəndindəndir.

Modern.az azərbaycanlı gəncin əmisi Şaiq Əzimli ilə əlaqə saxlayıb.

Ş.Əzimli açıqlamasında qardaşı oğlunun ürəklə bağlı probleminin anadangəlmə olduğunu söyləyib:

“Fəridin anadangəlmə ürəyində qüsur var idi. Fərid altı ildir ki, ürək transplantasiya ilə bağlı növbədəydi. Elə oldu ki, türkiyəli boksçunun ürəyi uyğun gəldi və ona köçürüldü”.

Əmisi Fəridin çox savadlı olduğunu vurğulayıb:

“Fərid və ailəsi Türkiyənin Antalya şəhərində yaşayırlar. Özü də Türkiyə vətəndaşıdır. Onun olduqca parlaq təhsil həyatı var. Ona süni ürək qoyulmasına baxmayaraq, təhsillə bağlı heç bir problemi olmayıb. Hətta, Fərid şairdir. Onun Allah vergisi, güclü savadı var”.

Şaiq Əzimli ürəyi qardaşı oğluna bağışlanan boksçunun ailəsinə təşəkkür edib və onlara bir ömür borclu olacaqlarını, Türkiyənin həqiqətən qardaş ölkə olduğunu bir daha sübut etdiklərini bildirib.

Fəridin anası Almaz Əliyeva isə bildirib ki, oğlu altı ildir süni ürəklə yaşayır. O, boksçunun ailəsinə bir ömür borclu olduğunu bildirib.

“Oğlum çox emosionaldır. Ona dedim ki, Fərid, artıq onun ürəyi sənin köksündə döyünəcək. Sən artıq onların da oğlusan”, – deyə Almaz Əliyeva bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kadırovun oğlu Donetskin fəxri vətəndaşı oldu

Next Post

Zəhərlənmiş ömürlər – Sevil Gül Nurun hekayəsi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Zəhərlənmiş ömürlər – Sevil Gül Nurun hekayəsi

Zəhərlənmiş ömürlər - Sevil Gül Nurun hekayəsi

İsrail və HƏMAS-dan açıqlama: Qəzzada atəşkəs davam edəcək!

İsrail və HƏMAS-dan açıqlama: Qəzzada atəşkəs davam edəcək!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.