Ədliyyə naziri separatçı kürd partiyasının deputatları ilə TBMM-də söhbət ediblər
Ötən gecə sabiq nazirlərin istintaq üçün Ali məhkəməyə göndərilməsi barədə müzakirələrin aparıldığı bir vaxtda ədliyyə naziri separatçı kürd partiyasının deputatları ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) söhbət ediblər.
ANS PRESS-in məlumatına görə, nazir Bekir Bozdağ, HDP (Xalqın Demokratik Partiyası) millət vəkili Sırrı Süreyya Önder və bir qrup deputat təxminən 20 dəqiqə deyib – gülüblər.
Qeyd edək ki, gecə TBMM-də aparılan müzakirələr nəticəsində sabiq nazirlər Zəfər Çağlayan, Erdoğan Bayraktar, Muammer Güler və Egemen Bağışın Ali məhkəməyə göndərilməsi istiqamətində səsvermə keçirilib. TBMM-də keçirilən gizli səsvermə nəticəsində sabiq nazirlərin Ali məhkəməyə göndərilməməsi istiqamətində qərar qəbul olundu.










ANS PRESS



