"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türk Dövlətləri Birliyi hərbi təşkilata çevrilə bilərmi?

12 Oktyabr 2022 - 10:07
in SİYASƏT

“Əslində Rusiyanın cəbhədə məğlubiyyətini anlamaq üçün sadəcə səfərbərlik, şəhərləri vurması, Belarusu işə salmasına baxmaq lazım deyil. Ətrafına baxın, ətrafına. Məsələn, Rusiyanın bu günə qədər Mərkəzi Asiyadakı təsiri ilə bağlı yəqin ki, hansısa xatırlatma etməyə ehtiyac yoxdur. Lakin, bu gün Mərkəzi Asiya müstəqil qərarlar verməyə başlayıb və Rusiyadan uzaqlaşmaq xətti tutublar”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Rusif Məmmədsoy FB hesabında qeyd edib:

“Məşhur analitiklər hər zaman Mərkəzi Asiya ilə bağlı danışarkən “Gün gələcək ki, Mərkəzi Asiya proseslərin düz mərkəzində olacaq” deyirdilər. O gün gəldi. Mərkəzi Asiyanın tərəfi, istiqaməti bəllidir. Türkiyə və Türk Dövlətləri Birliyi! Bu istiqamətdə Azərbaycan heç də Türkiyədən az iş görmür. Bişkeklə Azərbaycan qardaşlaşdı. Bundan əlavə Özbəkistan ilə, Qazaxıstan ilə, Qırğızıstan ilə bağlanan hərbi əməkdaşlıqla bağlı sənədlər sadə məsələlər deyil. Perspektivdə Türk Dövlətləri Birliyinin hərbi təşkilat quracağı halda zəmin hazırlanır. Bu çox vacib və həyatı əhəmiyyət daşıyır. Ona görə ki, TDB sadəcə humanitar təşkilat ola bilməz və bunun hər hansı ciddi nəticəsi olmaz. Xatırlayırsınızsa, Sergey Lavrovun bununla bağlı ilk günlərdə belə bir açıqlaması var idi ki, “Belə birlik yaransın. Bu bizim üçün təhlükəli deyil. Lakin, hərbi təşkilata çevrilərsə o zaman təhlükəlidir”. Təxminən bu istiqamətdə açıqlamalar onu göstərirdi ki, belə bir hərbi birlik özümüzdən başqa kimsənin maraqlarına cavab vermir. Əsas sual da məhz budur ki, Mərkəzi Asiya ölkələri ilə belə bir təşkilat qura biləcəyikmi?
Bu sualı əslində boşuna vermədim. Çünki, Orta Asiya ölkələrində sadəcə Rusiyanın təsiri yoxdur, eyni zamanda Qərbin, Çinin çox ciddi investisiyaları var və bu istənilən zaman həmin ölkələr üçün həm də təhlükəlidir. Çünki, həmin investisiyalar yatırılarkən sadəcə iqtisadi deyil, həm də siyasi-hərbi, strateji dividentlər hesablanıb. Artıq reallıq, ümumi mənzərə bir qədər fərqlidir. Belə ki, bu birlik həm də buna zidd duran ölkələrin diqqətini çəkir. Daha dəqiq desək Rusiya da perspektivdə bu birlikdə təmsil olunmaq istəyə bilər. Bu isə o deməkdir ki, yeni bir güc, regional deyil, qlobal güc olan Türkiyə meydana çıxır. Bir qədər mövzudan kənar olsa da qeyd etməliyəm ki, sadəcə bu bölgələrdə deyil, eyni zamanda Zəngəzur dəhlizi açıldıqdan sonra Ermənistan da Türkiyənin bilavasitə təsir dairəsinə düşəcək. Bu mənada düşünürəm ki, bu məqamda TDB ölkələri arasında bu istiqamətdə daha dərin, daha ciddi işlər görməliyik. Bəlkə də bəziləri bu birliyi bir qədər ciddi baxmır. Sadəcə bir misal göstərim ki, Macarıstan da bu birlikdə müşahidəçi statusu daşıyır. Ancaq bu sadəcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan olmayacaq. Ona görə də çox işləmək lazımdır. Hər şeydən öncə isə iqtisadi münasibətlər daha da dərinləşməlidir. Nəyə görə bu bölgədə də bir Aİ modeli olmasın ki?”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ordumuz ermənilərə atəş açıb? – MN

Next Post

ABŞ Türkiyəyə qarşı bu maddəni aradan qaldırdı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
ABŞ Türkiyəyə qarşı bu maddəni aradan qaldırdı

ABŞ Türkiyəyə qarşı bu maddəni aradan qaldırdı

“Türk dövlətləri arasında koordinasiya proseslərinin tənzimlənməsi ölkə başçısının taleyinə yazılıb…”-Deputat

"Türk dövlətləri arasında koordinasiya proseslərinin tənzimlənməsi ölkə başçısının taleyinə yazılıb..."-Deputat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.