"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türk dövlətləri qiymətləndiriciləri Ankarada bir araya gəldilər 

15 Noyabr 2023 - 16:14
in İQTİSADİYYAT

Mühüm qərarlar qəbul edildi, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin strukturları formalaşdırıldı.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az xəbər verir ki,
Noyabrın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin İdarə Heyətinin növbəti toplantısı keçirilib. Birliyin prezidenti Askar Omerbekov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis olunan Türk Dövlətləri Qiymətləndiricilər Birliyi türk dövlətləri qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Sədr Türkmənistan İqtisadçılar Birliyinin Qiymətləndiricilər Komitəsinin assosiativ qaydada quruma üzv olduğunu və bununla da bütün türk dövlətlərinin birlikdə təmsil olunduğunu diqqətə çatdırıb.

Müzakirələr zamanı İstanbul şəhəri Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin mərkəzi şəhəri elan edilib. Qərara gəlinib ki, mərkəzi qərargah bu şəhərdə yerləşsin və birliyin beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməsi Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinə həvalə edilsin. Birliyin icraçı katibi Marat Baytokov tərəfindən 2024-2025-ci illər üçün fəaliyyət planı İdarə Heyəti tərəfindən təsdiq olunub. Bu sənəddə quruma üzv olan dövlətlərin təklifləri nəzər alınıb. Aprelin ayının 28-də Bakıda keçirilən “Zirvə Görüşü”nün birliyin təsis olunmasında xüsusi rolu sənəddə öz əksini tapıb. Fəxri üzvlərin qəbulu ilə bağlı prosedurların hazırlanması və təlim-tədris prosesi ilə bağlı metodoloji fəaliyyətin təşkili Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximovaya həvalə edilib.

Birliyin strukturlarının yaradılması barədə razılığa gələn İdarə Heyətinin üzvləri Təlim-tədris departamentinin, habelə ortaq qiymətləndirmə standartlarının hazırlanması istiqamətində İşçi Qrupunun yaradılması barədə qərar veriblər. 31 may-2 iyun 2024-cü il tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) ev sahibliyi ilə üçüncü “Zirvə Görüşü”nın Azərbaycanda keçirilməsi qərara alınıb. Birliyin beynəlxalq sertifikatlaşdırma prosesini həyata keçirməsi üçün hazırlıqlara başlanılması, eləcə də İntizam, Metodologiya və Beynəlxalq əlaqələr komitələrinin və Arbitraj məhkəməsinin formalaşdırılması barədə müvafiq qərarlar qəbul edilib. Birliyi təmsil edən təşkilatların razılığı ilə türk dövlətlərindən olan digər qurumların birliyə üzv olması və səsvermə hüququnun yalnız təsisçi təşkilatlara məxsus olması barədə razılıq əldə olunub.

Noyabrın 14-də isə Rusiya, Rumıniya, Mokedoniya, Belarus qiymətləndirmə birliklərinin də qonaq qismində qatıldığı panel müzakirələri təşkil edilib. Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin açılış nitqindən sonra ilk çıxış Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruca verilib. AQC sədri Azərbaycanda qiymətləndirmə sektorunun mövcud vəziyyəti, inkişaf dinamikası, görülən işlər barədə qonaqları ətraflı məlumatlandırıb. V.Oruc qeyd edib ki, rəhbəri olduğu qurum 60 peşəkar qiymətləndirmə şirkətini və yüzlərlə qiymətləndirici öz ətrafında birləşdirir. Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflərini səsləndirən AQC sədri qurumun fəaliyyətindən böyük gözləntiləri olduğunu diqqətə çatdırıb.

Panel müzakirələrində Türk Dövlətləri

Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Refik Tuzcuoğlu, Türkiyənin Xəzinə və maliyyə nazirinin müavini İsmayıl İlhan Hatipoğlu, Türkiyə Sərmayəçilər Birliyinin sədri İbrahim Ömer Gönül, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Şimali Kipr Türk Cümhuriyyətinin Dəyərləmə Uzmanları Birliyinin başqanı Kutay Ramiz, Türkmənistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Sergey Mineyev, Rusiya, Belarus, Rumıniya, Makedoniya  Qiymətləndiricilər Birliklərinin funksionerləri, Türkiyə hökumətinin təmsilçiləri və digər qonaqlar spiker qismində çıxış ediblər. Noyabrın 15-də iştirakçılar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını və Türkiyə Etnoqrafiya Muzeyini ziyarət ediblər.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ölən İsrail əsgərlərinin sayı 48-ə yüksəlib

Next Post

Hava xəbərdarlığı: Güclü külək, leysan, dolu…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Yağışlı və dumanlı hava gözlənilir

Hava xəbərdarlığı: Güclü külək, leysan, dolu...

Elçin Quliyev generalı yola saldı

Elçin Quliyev generalı yola saldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.