"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türk dünyası birləşir: Proseslər sürətlənəcək – Deputat

13 Noyabr 2021 - 12:20
in GÜNDƏM

Türkdilli ölkələrin yaratdığı şura böyük bir tarixi mərhələdə fəaliyyət göstərib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsində də Azərbaycanın önəmli rolu vardır. Azərbaycan bilavasitə bu şuranın yarandığı ölkə kimi xatırlanır. Naxçıvanda ilk sammitin keçirilməsi, orada alınan qərarlar da həmin sistemin işə düşdüyü tarix kimi anlaşılmalıdır. Şurada ilkin olaraq dörd dövlətin iştirak etməsi ardınca da, digər dövlətlərin bura geniş şəkildə üzv olaraq qatılması tarixi bir proses, türk dünyasının oyanışı, dirilişi baxımından təkanverici bir hadisədir. Sonradan Özbəkistanın şuraya qoşulması, bu gün də Türkmənistanın real üzv olaraq yer alması kompleks şəkildə Türk Şurasının imkanlarını genişləndirdi.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu sözləri Azərtac-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan Şuraya sədrlik edəndə iki ciddi hadisə ilə yadda qaldı. Birinci növbədə, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı şərtlərdə Türk dünyasının əməkdaşlıq sisteminin formalaşmasında Azərbaycanın əhəmiyyətli rolu oldu. İstər xəstəliyin qarşısının alınması, istər peyvəndlərin ədalətli formada paylanılması istiqamətində türk dövlətləri bu dövrdə bir-birinə dəstək verdilər. İkincisi isə Azərbaycanın Vətən müharibəsində Zəfərindən başlayan bir zamandır. Ötən il torpaqlarımızın işğaldan azad edilməsi dövründə ölkəmizin böyük dəstəyə ehtiyacı vardı. Bu dəstəyin ən böyüyü Türkiyədən və sonra isə başqa türk cümhuriyyətlərindən gəldi. Onlar Azərbaycanın apardığı savaşı, Qələbəsini yüksək dəyərləndirərək, həmçinin ayrı-ayrı platformalarda Azərbaycanın mövqeyini gücləndirdilər. Belə ki, həmin dövlətlərdən bəziləri KTM, MDB, Avropa Şurasında yer alırdılar. Bütün bunlar onu göstərdi ki, bu həmrəylik olduqca önəmlidir. Qısa müddətdə də Azərbaycan həmin dövlətlərin ekstremal vəziyyətdə rəylərini birləşdirərək, təşəbbüs göstərərək onların toplantısını keçirtdi. Bir-birlərinə dəstək verilməsi üçün müəyyən dərəcədə addımlar atılmasını gerçəkləşdirdi.

“Burada bir önəmli hadisə Türkmənistanla olan neft yataqları ilə bağlı bir uzlaşmanın yaranması idi”, – deyən F.Mustafanın sözlərinə görə, bu, ona görə vacib idi ki, düşmənlərə türk dövlətləri arasında hansısa bir ziddiyyətdən istifadə etməyə imkan verilməsin.

“İndi isə Türk Şurasının ayrıca bir təşkilata – Türk Dövlətləri Təşkilatına çevrilməsi bir bölgə gücü olan mexanizmin yaradılmasından bəhs etməyə imkan verir. Bu da bölgədə olduqca əhəmiyyətli təsir imkanları yaradacaq, türk dövlətlərinin potensialından birgə istifadə olunmasına imkan verəcək. Təşkilat bütövlükdə həm də Avropa Birliyi və anqlosakson mahiyyətli birliklərlə alternativ və paralel bir birlik olacaq, onlarla rəqabətdə də daha güclü bir türk dünyasının dəyərlərini, imkanlarını ortaya qoyacaq. Bu, həm hansısa bir savaşı özü üçün hədəf seçən bir birlik deyil, əslində sülhü, ədaləti dünyaya gətirə biləcək birlikdir. Əslində tarixə baxsaq, türk dünyasının missiyası da bu olub. İstanbulda keçirilən sammit də bu prosesi daha aydın şəkildə ortaya qoyacaqdır. Türk dünyasının birləşməsi, səylərini bir araya gətirməsi və ortaq gələcək barədə planlar qurması bu coğrafiyada çox balansları dəyişəcək və prosesləri sürətləndirəcək. Həm də türk dünyasına aid olan bütün xalqların da müəyyən dərəcədə bir ümid yerinə çevriləcəkdir”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çikaqoda Azərbaycan bayrağı qaldırıldı

Next Post

Bu vəziyyətdən çox narahatıq – Bayden

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
ABŞ-ın müttəfiqləri Baydenə təzyiq edir – Səbəb

Bu vəziyyətdən çox narahatıq - Bayden

Zəngilanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Zəngilanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.