“Cənab Prezident İlham Əliyevin qardaş Qazaxıstan Respublikasının ali mükafatı- “Qızıl qartal” ordeni ilə təltif edilməsi qürurvericidir”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Musa Qasımlı Feysbuk hesabında qeyd edib:
Onun sözlərinə görə, 2003-cü ildən bəri ardıcıl fəaliyyəti ilə ölkə rəhbərimiz Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında, türk dövlətləri və xalqlarının əməkdaşlığında müstəsna rol oynayıb, müxtəlif qütblərdən edilən təzyiqlərə baxmayaraq, müharibədə qazandığı parlaq qələbə ilə təkcə millətimizin deyil, bütün türk dövlətləri və xalqlarının arzularını gerçəkləşdirərək başını uca edib:
“Prezident göstərdi ki, türk zülmə, haqsızlığa boyun əyməz, ona heç bir ədalətsiz qərarı qəbul etdirmək mümkün deyildir. Türk dünyası yüksəliş yolundadır!”.
Şayəstə





