“Türk İnvestisiya Fondunun Təsis Müqaviləsi” layihəsi üzrə İstanbulda iclas keçirilir.
Elchi.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Baş katib Bağdad Amreyevin moderatorluğu ilə keçirilən iclasda təşkilata üzv dövlətlərin yüksək vəzifəli şəxsləri iştirak edir.







