
Türkiyənin Silahlı Qüvvələri PKK-ya qarşı həyata keçirilən əməliyyatların hesabatını prezident Ərdoğan və baş nazir Davutoğluna təqdim edib.
Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK terrorçularına qarşı keçən ayın 24-də başlatdığı hərbi əməliyyatlar davam edir.
11 gündür davam edən əməliyyatların nəticəsi haqda hesabat prezident Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davutoğluna təqdim edilib.
Hesabata görə döyüş təyyarələri 24 iyul – 4 avqust tarixləri arasında Şimali İraqdakı 107 hədəfi 511 atışla yerlə-yeksan edib. Ölkə daxilində də təşkilatın 60 müxtəlif mövqeyi 107 atışla dağıdılıb.
Əməliyyatlarda ümumilikdə 35 reaktiv təyyarə iştirak edib.



