Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümünə səbəb olan qanlı terror aktından sonra ölkənin Silahlı Qüvvələrinə aid hərbi təyyarələr havaya qalxıb.
Qırıcı təyyarələr İraqın Kandil dağında terror təşkilatı olan PKK hədəflərini bombalayıb.
Belə ki, Kandil bölgəsində müəyyən edilən hədəflər 9 “F-16” və 2 “F-4 2020” ilə bombalanıb. Baş Qərargah İraqın şimalındakı PKK-ya aid 18 hədəfin uğurlu hava hərəkatı ilə məhv edildiyini açıqlayıb. Müəyyən edilən hədəflərə 30 dəfə atəş açılıb.




