"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türk şəhidliyi və Şəhidlər Xiyabanı ziyarət edildi – Foto

29 Oktyabr 2023 - 15:11
in GÜNDƏM

Oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 100 illiyi qeyd olunur.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları oktyabrın 29-da Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Türk şəhidliyi abidəsini ziyarət edib, önünə əklil qoyublar.

Sonra qazi Mustafa Kamal və döyüş yoldaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı səsləndirilib.

Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı bildirib ki, Türkiyə xalqı bu qələbəni əzmkarlıq və dəyanətlə qazanıb. Səfir əlavə edib ki, bir əsr bundan əvvəl Türk dünyasının böyük oğlu, mahir sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürk Türkiyə xalqını vahid bir ideal ətrafında birləşdirməyə müvəffəq olub, özünün ən möhtəşəm əsəri olan Türkiyə Respublikasını qurmaqla istiqlal mübarizəsini uğurla sona çatdırıb. Cahid Bağçı bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb.

Səfir, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük inkişaf yolu keçdiyini qeyd edib. Ötən dövrdə sənaye, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, infrastruktur, turizm, idman və bu kimi bir çox sahələr üzrə ilklərə, nəhəng layihələrə imzalar atılıb.

Cahid Bağçının sözlərinə görə, Azərbaycanın işğalına qarşı türk əsgərlərinin verdiyi qəhrəmancasına mübarizə ölkələrimiz və xalqlarımız arasında sarsılmaz bir qardaşlıq bağları yaradıb.

“Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələrdə tarixi uğurlara imza atıb. Bu gün ümumi daxili məhsulu (ÜDM) bir trilyon dolları aşan Türkiyə G-20 ölkələri içərisində yer alır və NATO-da ən böyük ikinci hərbi gücə sahib dövlətdir. Eyni zamanda, Türkiyə dünyada ən aktiv siyasi fəaliyyətlə məşğul olan ölkələrdən biridir, həmçinin ən çox humanitar yardım edən dövlətlərdəndir. Bu gün Türkiyə məzlumların tək ümididir. Ölkə müdafiə sənayesindəki millilik dərəcəsini 80 faizədək yüksəldib. Türkiyə bu gün peykini, İHA-sını, SİHA-sını, tankını, topunu, savaş gəmisini, savaş təyyarəsini, helikopterini və elektrikli avtomobilini istehsal edən bir sənaye ölkəsinə çevrilib. Aktiv regional və beynəlxalq siyasətimizlə dünyada sülh, hüzur və barış üçün çalışırıq”, – deyə diplomat vurğulayıb.

O əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.

Ziyarət iştirakçıları sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş “Türk şəhidliyi” abidəsinin üzərinə gül dəstələri düzüblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lukaşenko: “Minsk Ankaranı etibarlı və perspektivli tərəfdaş kimi görür”

Next Post

Pens prezidentlik yarışını tərk edib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Pens prezidentlik yarışını tərk edib

Pens prezidentlik yarışını tərk edib

Tramp müsəlmanlara söz verdi

Tramp müsəlmanlara söz verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.