Türkiyə dövləti Liviya hava ərazisinə keçən türk təyyarələrinin vurulacağı iddiaları ilə bağlı açıqlama verib.
Musavat.com-un məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi iddialarla bağlı yazılı açıqlama verib. XİN tərəfindən verilən yazılı açıqlamada deyilir:
“Liviya Hərbi Hava Qüvvələrinə aid olduğu iddia edilən facebook səhifəsində yayılan açıqlamada Liviya hava sahəsinə keçən mülki və hərbi türk təyyarələrinin vurulacağı qeyd olunub. Bu məsuliyyətsiz və beynəlxalq hüquqa zidd açıqlamanın qəbulu heç bir şəkildə mümkün deyil. Ölkəmizi hədəfə alan bu bəyanatı qınayırıq.
Beynəlxalq aləmin bu günə qədər hava hücumlarına qarşı lazımi cavab verməməsi bu məsuliyyətsiz açıqlamanı verənləri şübhəsiz ki, cəsarətləndirib. Ölkəmiz ilə Liviya arasındakı mülki təyyarə reysləri bu çətin günlərində qardaş Liviya xalqının gündəlik ehtiyaclarını ödəməyə xidmət edib. Məsələ ilə bağlı gərəkən addımlar atılacaq”.