“Fərat qalxanı” hərəkatı çərçivəsində Suriyanın Əl Bab bölgəsinə yeridilən Türkiyə ordusunun xüsusi təyinatlıları daha bir İŞİD liderini yaxalayıb.
Adı açıqlanmayan hər iki terrorçu Türkiyəyə gətirilib.
Onlardan birinin 20 yanvar tarixində 5 hərbçinin ölümü ilə nəticələnən terror hücumunun əsas təşkilatçısı olduğu aydınlaşıb.
Bu terrorçuların Əl Babdakı terrorçuların sayı, silah anbarları və Rakkadakı təşkilat rəhbərliyi ilə bağlı mühüm məlumatlara malik olduğu təxmin edilir.
Əldə olunan məlumata görə, İŞİD rəhbərliyi terrorçuları ruhlandırmaq və hücumlar həyata keçirmək üçün Əl Baba Rakka və ətraf ərazilərdən 300-ə qədər fərqli statusda olan “əmir” göndərib. Türkiyə xüsusi təyinatlı qüvvələri də həmin əmirləri ələ keçirmək üçün əməliyyatlar keçirir.
Ötən gün Türkiyə təyyarələrinin vurduğu bina da əmirlərin sığınacaq yeri olub. Hücum zamanı 17 əmir öldürülüb, 180 hədəf darmadağın edilib.




