"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə 1 noyabrdan sonraya hazırlaşır

22 Oktyabr 2015 - 11:12
in XƏBƏR LENTİ

Türkiyə 1 noyabrdan sonraya hazırlaşır

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Seçkilər əsasən liderlərin çıxışları üzərində qurulub, ölkə iqtisadiyyatı, biznes və cəmiyyət seçkilərə köklənib

Türkiyə terrorun, regional problemlərin kölgəsində növbədənkənar seçkilərə gedir. İndi hər nə qədər ölkənin üzləşdiyi problemlər, iqtisadi, sosial sahədə cavabsız suallar olsa da, əsas diqqət seçkilərə yönəlib. Klassik demokratiya örnəyi olaraq Türkiyə insanı seçkilərin ölkədə siyasi problemlərlə yanaşı, iqtisadi və sosial sahədə də ciddi suallara cavab verəcəyinə inanır. Bu mənada indi hər kəs, daha doğrusu, fəal insanlar seçkilərə köklənib. Nə də olsa ölkənin gələcəyini seçkilər müəyyən edir.
Bu mənada qardaş ölkədə bütün iddialara baxmayaraq, hələ də demokratik, hər kəsin qəbul edib, hesablaşdığı bir seçki sistemi var. Bütün siyasi qüvvələr xalqın seçiminə və bu seçimin həqiqəti əks etdirdiyinə inanır və qəbul edir. Bu mənada bütün fəal siyasi qüvvələr indi seçki təbliğatı aparmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Türkiyədə parlament seçkilərindən 5 aydan az vaxt keçib və bu mənada növbədənkənar seçki siyasi qüvvələr üçün müəyyən mənada yorğunluq dönəminə təsadüf edir. Ancaq buna baxmayaraq, siyasi qüvvələrin seçki çalışmalarını var gücləri ilə davam etdirirlər. Mediada, sosial şəbəkələrdə, küçə təbliğatlarında seçki kampaniyası hiss olunur. Lakin təbiidir ki, indi əsas ağırlıq sıravi partiya təbliğatçılarından, seçki kampaniyalarından daha çox liderlərin üzərindədir.
Ankarada məlum terror olaylarından sonra müxalifət partiyalarının iqtidara hücumları daha da şiddətlənib. Terror hadisəsinin baş verməsi, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının hadisənin qarşısını ala bilməməsi, həmçinin hökumətin bu məsələdə məsuliyyəti qəbul etməməsi seçki kampaniyası dövründə AKP iqtidarına qarşı ciddi tənqidlərə səbəb olub. Bütün müxalifət partiyaları fərqli kontekstlərdən olsa da, terror olaylarına görə AKP hökumətini tənqid edir. Bir çox ekspertlərə görə, Ankara terroru AKP-nin səslərinə böyük ölçüdə olmasa da təsir edəcək.
Ancaq son illərdə dalbadal aldığı zərbələrə baxmayaraq, hətta ən ehtiyatlı rəy sorğularına görə, AKP yenə də seçkilərin favorit qüvvəsi hesab olunur. Sorğulara əsasən CHP ikinci, MHP isə üçüncü partiyadır. 7 iyun seçkilərinin “sürprizi” HDP-nin bu seçkilərdə səslərini artıracağı ilə bağlı proqnozlar çoxluq təşkil edir.
Bir çox siyasi analitiklər 1 noyabr seçkilərindən sonra Türkiyədə koalisiya hökumətinin qurulmasının qaçılmaz olacağını düşünür. Məsələn, MHP sədri Devlet Bahçeli yeni parlamentdə koalisiya probleminin effektiv həlli üçün 5-ci partiyanın parlamentə düşməsini təklif edir. MHP sədri daha əvvəlki dönəmlərdə belə bir təcrübənin olduğunu, 5-ci partiyanın parlamentdə formalaşdırıldığını xatırladıb. Yeri gəlmişkən, bir sıra siyasi analitiklərə görə, 5-ci partiyanın parlamentə daxil olması AKP-nin mandat bölgüsündəki əzici üstünlüyünü aradan qaldıracaq. Misal üçün, 2002-ci ildə keçirilən seçkilərdə AKP 39 faiz səs qazansa da, parlamentdə əzici səs çoxluğunu əldə etmişdi. Sonrakı illərdə AKP-nin səs faizi artsa da, parlament partiyalarının sayının çoxalması ilə mandat bölgüsündə AKP-nin payı azalmışdı. İndi isə 5-ci partiyanın parlamentə düşməsi koalisiya imkanlarının genişlənməsi, AKP-nin mandat sayının daha da azalmasına səbəb ola bilər.
Təbii ki, iqtidar düşərgəsində bu versiyalar hələlik qəbul olunmur. Siyasətə akademik dairələrdən gəlməsinə baxmayaraq, baş nazir Davudoğlu fəal seçki kampaniyası aparmaqla ona verilən estafeti davam etdirmək iddiasında olduğunu göstərməyə çalışır. Baş nazir seçki kampaniyasında fəal şəkildə iştirak edir, birbaşa seçki mitinqlərinə qatılır, AKP-nin köhnə uğurlarını geri qaytaracaqlarını vəd edir.
Ancaq Ankarada bir çox siyasi ekspertlər AKP-nin 13 il əvvəlki uğurunu təkrar edəcəyinə inanmır. Təbii ki, bu inamsızlıq Davudoğlu ilə bağlı deyil. Bir sıra daxili və xarici faktorlar indi AKP-nin əleyhinə işləyir. İstənilən halda Türkiyə tarixinin son 13 ilinə möhürünü vurmuş AKP-nin hələ uzun müddət siyasətdə əsas yerini qoruyub saxlayacağı aydın görünür.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DYP şöbəsinin rəisi işdən azad olundu

Next Post

AAAF City sakinlərin ixtiyarına verilir – Video

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

AAAF City sakinlərin ixtiyarına verilir - Video

"Ukraynanı radikal islahatlar gözləyir" - Saakaşvili

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.