Salih Mutlu Şən Türkiyənin Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Xatırladaq ki, 2013-cü ildə Misirin seçilmiş Prezidenti, mərhum Məhəmməd Mursi hərbi yolla devrildikdən sonra Türkiyə ilə Misir arasında diplomatik əlaqələr kəsilmişdi.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...





