Avropa Komissiyası Türkiyənin gələn il Aİ-yə üzv olmaq imkanını qiymətləndirib. Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat verib.
Stano vurğulayıb ki, Aİ-na üzvlük prosesi saatlarla deyil, illərlə davam edir. O, həmçinin Brüsselin Türkiyəyə hətta vizasız rejim verməyə hazır olmadığını da vurğulayıb.
“Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar üzv dövlətlər tərəfindən ölkə insan hüquqları və siyasi azadlıqlar da daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra qəbul edilir”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa İttifaqı Türkiyənin assosiasiyaya üzv olmaq ərizəsini təsdiq etməli, bundan sonra Ankara İsveçin NATO-ya daxil olmasını əngəlləməkdən əl çəkəcək. Daha sonra bildirilib ki, İsveç Aİ-nin üzvü kimi Vilnüsdə Ərdoğanla danışıqlarda Ankaranın birliyə daxil olması prosesinin intensivləşdirilməsinə yardım etməyə razılaşıb.
Havar Şəfiyeva






