"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə aktivləşdi: Qarabağın həlli sürətlənir

17 Oktyabr 2016 - 10:05
in XƏBƏR LENTİ

Türkiyənin Rusiya ilə yaxınlaşması regionda xeyli sabitləşdirici rol oynamağa başlayıb və Ankaranın Qarabağla bağlı cəhdləri öz bəhrəsini verir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq vurğulayıb ki, hazırkı situasiya məhz Ərdoğanın Sankt-Peterburqda Dağlıq Qarabağa dair status-kvonu dəyişdirən təkliflər verməsindən qaynaqlanır:

 

“Zənnimcə, bu təkliflər Putin tərəfindən bəyənilib və ona görə də 5 rayon məsələsi yenidən gündəmə gəlib. Moskva bu məsələni müəyyən qədər təxirə salmağa çalışsa da, Ankaranın dövriyyəyə girməsi prosesi aktuallaşdırıb. Artıq ikinci dəfədir ki, Türkiyə siyasi rəhbərliyi tərəfindən Rusiya ilə müzakirə edilən bu məsələ kifayət qədər səlahiyyətli şəxslərin dilindən bəyan edilir. Görünür, bəyanatın təsiri KTMT-nin İrəvan toplantısında müsbət rezonans verib ki, Dağlıq Qarabağın həllinə dair pozitiv fikirlər səsləndirilib. Toplantının yekun sənədində Qarabağa dair bəyanatın öz əksini tapması kifayət qədər mühüm faktdır və bütün tərəflər, ilk növbədə də Rusiya və Ermənistan buna sadiq qalsalar, problemi qısa müddətdə həll etmək mümkün ola bilər”.

 

Politoloq Lavrorun münaqişənin həllində Türkiyənin pozitiv rol oynaya biləcəyini vurğulamasına da münasibət bildirib:

 

“Bu o deməkdir ki, Azərbaycan Türkiyədən lazımı siyasi dəstəyi alır. Türkiyə bölgədə sabitliyin təmin edilməsində olduqca maraqlıdır. Rusiya-Türkiyə münasibətləri getdikcə dərinləşəcək və bu inkişaf NATO-nun qısqanclığı fonunda davam edəcək. Türkiyə heç vaxt Dağlıq Qarabağla bağlı mövqeyindən imtina edən deyil və Ankara bu məsələdə Moskvaya lazımı təlqinləri göstərəcək. Azərbaycandan müəyyən kompromislər tələb olunmasına baxmayaraq, bir ortaq yol tapılaraq məsələnin həllində yavaş-yavaş da olsa, irəliləmək mümkün olacaq. Düzdür, ermənilər hələ ki, bəyanatdan uzağa getmir, rayonları boşaltmağa tələsmir, Azərbaycan tərəfindən qəbul edilməsi çətin olan şərtlər irəli sürürlər. Ancaq bu dəfə hər şey ermənilərin arzusuna uyğun getməyəcək. Ermənistanın işğalçı bir ölkə olması təkcə MDB məkanında deyil, beynəlxalq səviyyədə bu ölkə ilə bağlı müəyyən bir siyasi məsuliyyət yaradır. Ermənistan məhz bu siyasi məsuliyyətlə dünyada heç zaman öz yerini tuta bilməyəcək. Üstəlik, Azərbaycan diplomatiyasının arxasında güclü ordusu dayanır”.

 

Qeyd edək ki, oktyabrın 14-ə Kollektiv Təhlükəsizlik Müqaviləsi iclasına qatılmaq üçün İrəvana gələn Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Qarabağ konfliktinin həllində pozitiv rol oynaya biləcəyini bildirib. Kollektiv Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul edilən bəyanatda təşkilata üzv ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda misli görünməmiş dələduzluq…

Next Post

Elçin Qəmbərova qarşı dələduzluq ittihamı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Elçin Qəmbərova qarşı dələduzluq ittihamı

Konqresmen Azərbaycanı təbrik etdi – Xüsusi bəyanat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.