"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Türkiyə-Azərbaycan-İzrail hərbi əməkdaşlıq blokunun yaranmasına səy göstərməliyik”-Deputat

21 Oktyabr 2022 - 19:37
in GÜNDƏM, MÖVQE, ÖNƏMLİ

“İranla bağlı cəmiyyətimizdə baş qaldıran çılğın və duyğusal reaksiyalar anlaşılandır. Bunlar bir neçə gün ərzində başqa mövzularla əvəz olunacaq və unudulacaq. Daha qalıcı və sistemli işlər görülməlidir”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa şəxsi Feysbuk hesabında qeyd edib.

Parlament üzvünün fikrincə, İran bölgədə səbəbsiz fəallaşmayıb:

“Burada ABŞ və Fransanın maraqlarına uyğun davranışlar sezilsə də, başlıca olaraq Rusiya ilə razılaşdırılmış fəaliyyətdən söhbət gedir. Bu gün İran bütün təzyiqlərə baxmayaraq Rusiyaya Ukrayna cəbhəsində savaşmaq üçün özünün dronlarını verir və hansı məntiqlə bölgəmizdə Rusiya ilə toqquşacaq siyasət izləməlidir ki? İranın üzərimizdəki bu təzyiqi bizim daha çox hazırda çətin durumda olan Rusiya ilə hesablaşmağa yönəltməyi nəzərdə tutur. Bu halda Rusiya cəbhəsində olmağımız yarlığı ilə Qərblə münasibətlərimizin tamamilə korlanmasına nail ola biləcəklərini düşünürlər. Bu əslində Qərbi də razı salan bir davranışdır, çünki Qafanda konsulluq açılması məsələsinə nə ABŞ-dan, nə də Fransadan bir mənfi reaksiya gəlmədi. Az qala ATƏT-in missiyası ilə İranın missiyası tarixdə ilk dəfə olaraq Ermənistan üzərindən birlikdə çalışacaqlar. Türkiyə prezidentinin Zəngilana gəlişi hamısının gözünə baş barmağını birlikdə basmaq demək idi. İran artıq ya Rusiyanın, ya da Qərbin əlində zincirinin radiusundan uzaq məsafəyə adlayacaq imkanlara sahib deyil. Ona görə də biz soyuqqanlı şəkildə ardarda daxildə və xaricdə vacib addımları atmalıyıq. Birinci növbədə dərhal İzraildə səfirliyimizi açmalıyıq. Türkiyə-Azərbaycan-İzrail hərbi əməkdaşlıq blokunun yaranmasına səy göstərməliyik. Şuşada Türkiyə konsulluğunu dərhal açmalıyıq. Günaz Tv-nin ABŞ-dakı bürosunun və radio şəbəkəsinin türk və fars dillərində yayımını təmin etmək üçün Naxçıvanda və Lənkərənda bürolarını açmalıyıq və İranın “Səhər” kanalına alternativ olaraq işlək vəziyyətə gətirməliyik. Azərbaycanda yayğın olan İran xurafat və cəhalət pandemiyasının qarşısını almaq üçün silsilə tədbirlər görməliyik. İrannın dini tezislərini təbliğ edənlər terrorizm təbliğatçıları kimi qanunvericilikdə tanınmalıdır. Xüms adı ilə İrana, İraqa pul vəsaiti göndərən hər bir Azərbaycan vətəndaşı terrorçuluq fəaliyyətini dəstəkləyən şəxslər kimi ittiham olunmalıdır. Bizim bir çox qaraqışqırıqçı turanşikləri, bütövşikləri bir kənara qoyub İranı dərindən təhlil edə biləcək kadrlardan ibarət strateji mətkəz qurulmalıdır. Xaricdəki ciddiliyi ilə seçilən fəal azərbaycanlı cəmiyyətlərini dəstəkləmək və diaspora fəaliyyətimizdə bu istiqəməti gücləndirmək vacibdir”.

F.Mustafa bildirib ki, ümumiyyətlə, Azərbaycanın bütövləşməsi, birləşməsi kimi məsələləri hazırda gözə soxmağa gərək yox, bütün qurumlarımız əsasən İranda insan haqlarının pozulması ilə bağlı, milli azadlıqların olmaması, dini terrorizmin tüğyan etməsi ilə bağlı hesabatlarını artırmalıdır və beynəlxaq qurumların menyularını doldurmalıdırlar:

“İranın təbliğatına xidmət edən dini xarakterli bütün ziyarətlər qadağan olunmalıdır. Məscidlərimiz, təhsil olcaqlarımız, dövlət qurumlarımız İrançı zehniyyətin daşıyıcısı olan ünsürlərdən təmizlənməlidir. Şəhid ailələrinə, imkansız şəxslərə, avam insanlara məqsədli şəkildə yardım edərək İran şəbəkəsinə qoşan şəxs və qruplara qarşı sərt mövqe sərgilənməlidir.
Yoxsa aftafanı belə sındırarıq, şirin quyruğunu belə əzərik deməklə özümüzə təsəlli verməklə işi oldu-bitdiyə gətirməyək. Ölkə prezidenti istiqaməti verdi, açıqca söylədi ki, dünyadakı azərbaycanlı gücünü hərəkətə gətirməliyik… Uzaqdakıları hələ bir yana qoyuram, yaxınımızda həyasız iki düşmənlə üz-üzüəyik. İkisi də üzərimizə bir yerdə bozarırlar. Ləngimədən bəndi-bərəni bərkitməliyik və qabaqlayıcı tədbirlər görməliyik. Qalanını Mehmetciklə Məmmədcik dəmir yumruqla onsuz da çözəcəklər. Zəngəzur dəhlizini deyirəm. Aşotciklə Mehdicik hələ ki, təsəlli üçün qoy Arazı biz az da lilləndirsinlər…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ölkədə koronaya yoluxma sayı açıqlandı

Next Post

Rusiyanın Su-25 təyyarəsi vuruldu

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post
Rusiyanın Su-25 təyyarəsi vuruldu

Rusiyanın Su-25 təyyarəsi vuruldu

“İran Azərbaycana hücum edə bilməz, əks təqdirdə, bunun bədəlləri ağır olar…”

"İran Azərbaycana hücum edə bilməz, əks təqdirdə, bunun bədəlləri ağır olar…"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.