Türkiyə ilə İspaniya arasında müdafiə sahəsində baş tutan əməkdaşlıq Fransa və Yunanıstanı narahat edib.
Yunanıstan xarici işlər naziri Nikos Dendiasla fransalı həmkarı Jan-İv Lö Drian arasında baş tutan görüşdə müzakirə mövzularından biri Türkiyə olub.
Görüşdə N.Dendias Türkiyə ilə İspaniya arasında müdafiə sahəsində baş tutan əməkdaşlıqdan narahatlığını dilə gətirib:
“Avropa Birliyi (AB) ölkələri Fransadan nümunə götürməli və müharibə ilə təhdid edən ölkələrə silah satmamalıdır”.





