Türkiyə Böyük Millət Məclisindəki mənbə bildirib ki, Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
O, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası prosesinin 2023-cü ilin sonuna qədər tamamlana biləcəyini, mümkün tarixləri qeyd edib. Mənbə bildirib ki, İsveçin müraciətinə parlamentin xarici işlər komissiyası tərəfindən baxılması noyabrın 16-da cümə axşamı başlayacaq. O əlavə edib ki, Türkiyə tərəfi Stokholmdan konstruktiv yanaşma görür.
“Vəziyyətə təsir edə biləcək hər hansı insident olmasa, ilin sonuna qədər prosesi başa çatdırmaq ümidi var”- deyə o vurğulayıb.
Havar Şəfiyeva






