Türkiyədə baş verən zəlzələ ilə bağlı Türkiyə ilə Ermənistan sərhədinin bağlanmasına rəğmən bu sərhəd açıldı və Ermənistan Türkiyəyə həm humanitar yardım göndərdi həm də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edib”.Bu sözləri Elchi.az saytına açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə Ararat Mirzoyan həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb və səfərdə Ermənistan Türkiyə münasibətlərinin normallaşması üzrə sədr də iştirak edib. Görüşdə açıqlamalar səslənib, lakin Ermənistan Türkiyə sərhədinin əbədi açılması siyasi danışıqlar predmetidir.
“Türkiyə üçün maraqlı olan Azərbaycanı maraqlarının təmin olunmasıdır. Türkiyə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Və Ermənistanla Türkiyə arasında siyasi münasibətlərin nizamlanması həm də Azərbaycanın istəklərinə uyğun olmalıdır. Ermənistan Türkiyə sərhədlərin açılması ilk öncə Azərbaycanın tələblərinin yerinə yetirməsindən keçir. Bu yöndə rəsmi Ankaranın mövqeyini də dəfələrlə eşitmişik. Təkcə onu demək kifayətdir ki, Mövlud Çavuşoğlunun Azərbaycana etdiyi səfərlərin birində həm də Türkiyə Erminsta münasibətlərin nizamlanmasında həmsədrdə iştirak edirdi. Bu da onu göstərir ki mübadilə həm də Azərbaycanla birlikdə həyata keçrilir. Ümumi kompleks bir məsələdir, zaman zaman Ermənistanın qeyri kanstruktiv mövqeyini görürük”.
Havar Şəfiyeva





