Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara 70 ildən artıqdır Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvüdür və müttəfiqlərindən öhdəliklərini yerinə yetirəcəklərini gözləyir.
Elchi.az TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, F-16 qırıcı təyyarəsi sövdələşməsi kontekstində ABŞ hakimiyyətinə də aiddir.
“Biz 71 ildir ki, NATO-nun üzvüyük, öhdəliklərimizi yerinə yetiririk və müttəfiqlərimizin öhdəliklərini yerinə yetirməsini gözləyirik. Ağ Ev və Pentaqonun bütün bəyanatlarına baxsaq, F-16-ların Türkiyəyə satışı və mövcud təyyarələrin modernləşdirilməsi məsələsi müsbətə doğru irəliləyir. Lakin ABŞ Konqresindən ayrı-ayrı mənfi ifadələr var”, – deyə Akar qeyd edib.
Türkiyə müdafiə nazirinin qeyd etdiyi kimi, Ankara Vaşinqton və Konqresdən F-16 ilə bağlı daha balanslı yanaşma gözləyir, çünki qırıcı təyyarələrin satışı ilə bağlı qərar alyansın xeyrinə olacaq. O, həmçinin əlavə edib ki, saziş Türkiyə tərəfini daha da gücləndirəcək, yəni NATO-ya da kömək edəcək.
Yeganə






