Türkiyə regionda sülh və təhlükəsizliyə böyük önəm verir.
Elchi.az-ın xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Türkiyə parlamentinin sədri Mustafa Şentop gürcüstanlı həmkarı Şalva Papuaşvili ilə görüşündə deyib.
Bildirib ki, Türkiyə Gürcüstanın NATO və digər Avro-Atlantik təşkilatlara inteqrasiyasını, Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
M.Şentop qeyd edib ki, 2021-ci ildə iki ölkə arasında ticarət həcmi 2,1 milyard dollara çatıb.
Görüş zamanı Türkiyə və Gürcüstanın parlamentləri arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.






