Fidan bildirib ki, Ankara müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi üçün müraciətlər alıb.
Elchi.az xəbər verir ki, Ankara girovların azad edilməsi məsələsi ilə bağlı Fələstinin Həmas hərəkatının siyasi qanadı ilə danışıqlara başlayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan danışıb.
“Hazırda müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Biz bu məsələləri xüsusilə HƏMAS-ın siyasi qanadı ilə müzakirə etməyə başladıq”, – deyə Fidan vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğan bütün humanitar məsələlərin həllində maksimum köməklik göstərilməsi barədə qərar qəbul edib.
Şayəstə Hüseynova






