Avropa İttifaqına (Aİ) üzv dövlətlərin liderləri Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borellin noyabrın sonunda açıqladığı Avropa Komissiyasının Türkiyə üzrə hesabatını müsbət qiymətləndiriblər.
Elchi.az Milliyet.com.tr-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın 21-22 martda keçiriləcək sammitində nəzərdən keçiriləcək.
Ehtimal olunur ki, sammitdə Türkiyə ilə Aİ arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin vəziyyəti ilə bağlı Aİ təlimatlarına əsasən iyun ayında hazırlanmış sənəd təsdiqlənəcək.
Dekabrın 14-də Aİ sammitində Ukrayna və Moldova ilə 2024-cü ilin martında başlaya biləcək Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq qərara alınıb. Sammitdə həmçinin Gürcüstana namizəd statusunun verildiyi elan edilib və Bosniya və Herseqovinanın Aİ-yə üzvlük danışıqlarının başlanmasını müzakirə etmək üçün mart ayında geri dönəcəyi vəd edilib.
Türkiyə ilə Aİ arasında icmaya daxil olmaq üzrə danışıqlar 2005-ci ildə başlayıb. Bu günə olan məlumata görə, danışıqlar dosyesi adlanan 35 bənddən 16-sı həllini tapmayıb. Danışıqlar prosesində maneələrdən biri də Kipr problemidir.
Yeganə






