
“Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi hər iki ölkənin “xərci” ni artıracaq”.
Cebhe.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert, ADR Hərəkatının sədri Qubad İbadoğlu məlumat verib. Q. İbadoğlu bildirib ki, Türkiyənin hava sərhədini pozan Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra Avrasiya məkanında iki böyük dövlət arasındakı münasibətlərdə son zamanlar yaranmış siaysi gərginliyi pik səviyyəsinə qaldırırıb.
Ekspert hesab edir ki, yaranmış gərginlik iki ölkə arasında yalnız siyasi deyil, həm də, enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək: “Tərəflər arasında mövcud olan fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində perspektiv əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Belə ki, bundan sonra “Rosatom” korporasiyasının Türkiyədə atom elektrik stansiyası (“Akkuyu”) inşa etməsi və bunun üçün nəzərdə tutulan, 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, rus turistlərinin axını sahəsində risklər artacaq. Türkiyənin Almaniyadan sonra ikinci tiracət ortağı olan Rusiyadan idxalatı ötən il 25 milyard, ixracatı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları olub. 2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırılması proqnozlaşdırılırdı. Çox güman ki, bu hadisədən sonra ticari münasibətlər sahəsində proqnozlar özünü doğrultmayacaq. Eyni zamanda rusiyalı turistlərin Turkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirərək, Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq. Belə ki, son məlumatlara görə, ötən il 4,5 milyon nəfər, bu ilin ilk 8 ayında isə 2,78 milyon nəfər rusiyalı turist Türkiyəni ziyarət edib. Lakin, bu münasibətlər qarşılıqlı oldğundan Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Türkiyə ilə başlanacaq “yeni iqtisadi müharibə” onzuz da sanksiyalardan və neft qiymətlərinin uculaşmasından zəifləyən və ildən ilə kiçilən Rusiya iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir”.
– See more at: http://www.cebhe.info/oxu/5970/#sthash.g7VthN8K.dpuf



