“Türkiyə ordusu İŞİD-i deyil, bizi vurur”
Avropa.info “Frans Press”-ə istinadən xəbər verir ki, bu sözlər PKK-nın Suriya qolu YPG-nin açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, Türkiyə ordusu Kobani yaxınlığındakı Zoxmixar kəndi və Çerablus qarşısındakı YPG mövqelərini bombalayıb:
“Türk ordusunun atəşi nəticəsində 4 əsgərimiz yaralanıb. Eyni zamanda türk əsgərləri bizə 7 tank mərmisi də atıb. Bu doğru bir hərəkət deyil. Bu barədə Türkiyəyə xəbərdarlıq edirik”.



