Türkiyə və İsrail arasında əlaqələrin normallaşdırılmasına dair sənəd imzalanıb.
“CNN Türk”-ə istinadən xəbər verir ki, sənədi Türkiyə tərəfindən Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və İsrailin Xarici İşlər Nazirliyinin baş katibi Dore Qold imzalayıb.
Razılaşmaya əsasən İsrail Türkiyəyə “Mavi Mərmərə” gəmisinə basqın zamanı həyatını insanların ailələrinə 20 milyon dollar təzminat ödəyəcək. Həmçinin bundan sonra Türkiyə Qəzza bölgəsinə humanitar yardım göndərə biləcək.
Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, imzalanan sənəd Türkiyə Böyük Millət Məclisində və İsrail hökumətində təsdiqlənəndən sonra qüvvəyə minəcək.




